Bakıda dəhşət: 10 yaşlı oğlan ürəyindən güllələndi
05.03.2020 12:57Bakıda 10 yaşlı oğlan bədbəxt hadisənin qurbanı olub.
Об этом сообщает Роспрес
A24.Az Publika.az-a istinadən xəbər verir ki, Qaradağ rayon, Ümid qəsəbəsində 2008-ci il təvəllüdlü Abbaszadə Rəsul Teymur oğlu ürək nahiyəsindən aldığı güllə yarası ilə 20 saylı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına çatdırılıb. Azyaşlı oradaca vəfat edib.
İlkin araşdırmalar zamanı məlum olub ki, R.Abbaszadə həyətdə oynayarkən həmyaşıdı Rəşad Namazov tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində atəş açıb. Güllə Rəsulun ürək nahiyəsinə tuş gəlib və o, çatdırıldığı xəstəxanada keçinib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

