“Yuventus” Mançesterə bu heyətlə gedir
05.03.2020 12:57“Yuventus”un Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Mançester Yunayted”lə səfər oyunu üçün heyəti müəyyənləşib.
Об этом сообщает Руспрес
A24.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Massimiliano Alleqri heyətə 20 futbolçunun adını daxil edib. Hücumçu Mario Mandzukiç komandanın son məşqində zədələndiyi üçün siyahıda yer almayıb. Kriştiano Ronaldonun isə cəzası bitdiyi üçün o, sabiq klubuna qarşı oynaya biləcək.
Qapıçılar: Vorçex Şensnı, Karlo Pinsilyo, Mattia Perin
Müdafiəçilər: Mattia De Şilyo, Corcio Kyellini, Mehdi Benatia, Aleks Sandro, Andrea Barzalyi, Leonardo Bonuççi, Joau Kanselu, Daniele Ruqani
Yarımmüdafiəçilər: Miralem Pyaniç, Blez Matyuidi, Rodriqo Bentankur, Federiko Bernardeski
Hücumçular: Kriştiano Ronaldo, Paulo Dibala, Duqlas Kosta, Xuan Kuadrado, Moyze Ken
Qeyd edək ki, “Mançester Yunayted” – “Yuventus” görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

