Azərbaycanda saç satmaq və almaq istəyənlər üçün QİYMƏTLƏR – ARAŞDIRMA
05.03.2020 12:58Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qadınlar saçlarının uzunluğunu süni şəkildə artırmağa meyllidirlər. Saatlarla çəkən prosedurdan sonra saçlar “uzanır”.
Azərbaycanda əvvəllər əsasən şou-biznes ulduzları arasında saçlarını uzatmaq dəbdə olsa da bir müddət sonra bütün xanımlar buna maraq göstərməyə başlayıb. Bəs ölkəmizdə xanımların istifadə etdiyi bu saçlar necə əldə edilir. Onların qiymətləri neçəyədir? A24.Az bu sahədə aparılan araşdırmanın nəticələrini təqdim edir:
Uzunluğu 80 sm, çəkisi 50 q olan qara təbii saç-ın qiyməti 80-90 manat,
Uzunluğu 80 sm, çəkisi 50 q olan sarı təbii saçın qiyməti 120-150 manat,
Uşaq saçlarının qiyməti isə uzunluğundan və çəkisindən asılı olaraq 50- 200 manat arasında dəyişir.
Türkiyədəm gətirilən uzunluğu 80 sm, çəkisi 50 q olan qara saçın qiyməti 150-200 man, uzunluğu 80 sm, çəkisi 50 q olan sarı saçın qiyməti- 200-300 manatdır.
Minimum uzunluğu 50 sm olan saçı kəsdirib satmaq da mümkündür. Bu uzunluqda saçın qiyməti isə 50-60 manat arasında dəyişir.
Qeyd edək ki, saç isthesalı, satışı və alışı dünyanın müxtəlif ölkələrində geniş yayılıb.
Rusiya və Ukraynada da saç bazarı var. Bu ölkələrdə 20-30 sm uzunluqdakı sarışın saçlar üçün 45, açıq-qəhvəyi rəngli saçlar üçünsə 60 dollar təklif olunur.
A24.Az
Об этом сообщает Роспрес

