Bakıda maşın 2 hərbiçini vurdu
05.03.2020 12:58Bu gün Xətai rayonu, Nobel prospektində, “Asiman” şadlıq evinin qarşısında maşın iki hərbiçini vurub. Onlardan birinin 20, digərinin 21 yaşı var. Hər iki yaralı təcili yardımla Tibbi Klinik Mərkəzə aparılıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, faktı virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkir təsdiqləyib. Yaralıların vəziyyəti orta-ağırdır.
Xəstəxanadan bildiriblər ki, yaralılardan biri Vüqar Mahmudov, digəri Dəniz Qasımovdur. Hər iki şəxsdə sınıq və travmalar var.

