Prezidentin nəzarətə götürdüyü jurnalistdən xəbər var: “Bütün narahatlıqlar arxada qaldı”
05.03.2020 12:58Jurnalist Səbuhi Məmmədli sosial şəbəkədə son durumu ilə bağlı məlumat yayıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, Ukraynada qara ciyərindən müalicə alan jurnalist artıq təhlükənin arxada qaldığını bildirib. “Bitdi. Bütün narahatlıqlar arxada qaldı. Qara ciyərimlə bağlı problemi də yoluna qoyandan sonra, bir neçə gündən sonra Vətənə qayıdırıq”.
Qeyd edək ki, Səbuhi Məmmədli kəskin şəkərli diabetdən, qaraciyər və ürək çatışmazlığından əziyyət çəkirdi. Bununla bağlı prezident İlham Əliyev Mətbuat Şurasının məktubuna cavab olaraq, jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlər görülməsi barədə müvafiq tapşırıq verib.

