Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda yüksək vəzifəli xanım məmura AĞIR İTKİ

05.03.2020 12:58

Azərbaycanda yüksək vəzifəli məmura ağır itki üz verib.

Об этом сообщает Роспрес

A24.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanın atası Telman Həsənov dünyasını dəyişib.

Qeyd edək ki, mərhum T.Həsənov, eyni zamanda, Elektron İdarəetmə Mərkəzinin direktoru Zöhrə Həsənovanın qardaşıdır.

Allah rəhmət eləsin!

Xatırladaq ki, Sevinc Həsənova Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçivəsində müəyyən olunması üzrə komissiyanın sədri olub. S.Həsənova Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Səid Qərib
A24.az