Qızla intim əlaqədə olan oğlan hardan bilsin ki, onun 16 yaşı var? – Hüquqşünasdan SENSASİON AÇIQLAMA
05.03.2020 12:58Cəmiyyətdə fəsadlara yol açan hallardan biri gənclərin erkən nikaha daxil olmalarıdır. Yetkinlik yaşına çatmayan qızın valideynləri tərəfindən ailə qurmağa sövq edilməsi bir müddət sonra həmin ailənin dağılmasına səbəb olur. Bir müddət öncə yetkinlik yaşına çatmayan Quba rayon sakininin valideynləri tərəfindən məcburi ərə verilməsinin sonrakı fəsadları buna bariz nümunədir.
Об этом сообщает Футляр от виолончели
Bəs, yetkinlik yaşına çatmayanların ailə qurmasında günahkar kimlərdir? Yetkinlik yaşına çatmadığı halda sevdiyi oğlan tərəfindən qızın qaçırılması hansı məsuliyyətləri yaradır?
A24.az-ın suallarını cavablandıran hüquqşünas Mahmud Hacıyev bildirib ki, qız qaçırmanın adam oğurlıuğu kimi dəyərləndirilməsi yanlışdır. O, bunu milli dəyər və milli mentalitetin bir hissəsi olduğunu bildirib: “Bunun adı Qafqazda qızqaçırmadır. Amma SSRİ dövründə qanun qəbul olunan zaman müəyyən yerlərdə istər cinayət hüququnda, istərsə də mülki hüquqda milli mentalitet və digər dəyərlər nəzərə alınırdı. Bu, mənim subyektiv fikrimdir və mən bunu qanunda boşluq kimi qiymətləndirirəm. Ona görə də qanuna əlavələr zəruridir. Misal üçün, bir gənc sevdiyi qızı onun razılığı ilə qaçırır və hətta cütlüyün toy mərasimləri də baş tutur. Onların izdivacından xəbər tutulandan sonra qanun oğlana insan oğrusu damğasını vurur. Qızqaçırma zamanı yaş həddi də cinayət məsuliyyəti zamanı müəyyən cəzalara təsirini göstərir. Misal üçün, həddi-buluğa çatmış qızı qaçırmaqla, yetkinlik yaşına çatmayan qızı qaçırmaq arasında fərq çoxdur. Bunların hamısının özünə görə cinayət tərkibi var. Qanunda nikah üçün müəyyən yaş həddi nəzərdə tutulub. Əgər, yaş həddi pozulursa, artıq bu da növbəti qanun pozuntusudur. Oğlan qızı qaçırdığına görə bir qanun pozuntusunu həyata keçirirsə, yetkinlik yaşına çatmayan qızı qaçırmaqla daha bir qanun pozuntusuna yol vermiş olur”.
“Əvəllər Azərbaycanda 12 yaşlı qız uşağı 18-20 yaşlı qadına oxşayırdı”
M.Hacıyevin bildirib ki, yetkinlik yaş hər dövrdə eyni həddə deyil. Onun sözlərinə görə, bəzi ölkələr var ki, orada nikah yaşı aşağıdır: “Elə yer var ki, nikah yaşı 17 və 16 yaş əsas götürülür. Çünki orada yetkinlik dərəcəsinə daha çox önəm verirlər. Qərbi Ukraynda qız və oğlan istər cinsi yetkinlik baxımından, istərsə də ümumi fiziki və mənəvi cəhətdən tez yetişirlər. Baltikayni ölkələrin bəzi əyalətlərində 15-16 yaşlı gənclərə baxanda elə bilirsən ki, azı 20 yaşı var. Necə deyərlər, canlı-cəsədli olurlar. Ona görə də bu ölkələrdə nikah məsələsində bəzi məqamlar nəzərə alınır.
Cinayət hüququnun nəzəri sahəsi üzrə məşğul olan alimlər cinsi yetkinlik dərəcəsinin nəzərə alınması təklifini irəli sürürlər. Yəni, elə ölkələr var ki, orada insanlar yetkinlik yaşına tez çatırlar. Elə ölkələr də var ki, 20 yaşlı qadın vətəndaşına baxanda elə bilirsən ki, 15-16 yaşı var. Azərbaycanda qədim dövrlərdə insanlar yetkinlik yaşına tez çatırdılar. Amma SSRİ yarandıqdan və kommunist ideologiyası meydana gəldikdən sonra bəzi sərtliklər də insan həyatına müdaxil etməyə başladı. Çünki ideologiya cəmiyyətə məcburi aşılanmışdı.
Müxtəlif respublikalar birləşib öz milli mentalitetlərini və dəyərlərini yaddan çıxarmışdılar. Buna məcbur idilər. Amma qədim dövrlərdə Azərbaycanda 12 yaşlı qız uşağı 18-20 yaşlı qadına oxşayırdı. Bədənli, ana təəssüratı bağışlayan bir xanım obrazında idi. Çünki ekologiya təmiz idi, yeməklər, içməklər təbii idi. Nikah mərasimləri ağsaqqalların məsləhəti, məşvərəti ilə baş tuturdu. Həmin zaman daha sağlam ailələr, milli dəyərlərə, mentalitetə riayət edən cütlüklər var idi”.
“Oğlan hardan bilsin ki, cinsi əlaqədə olduğu qızın 16 yaşı var?!”
Hüquqşünasın hesab edir ki, cinayət hüququ sahəsi ilə məşğul olan alimlərin fikrincə, 16 yaşına çatmamış qızla cinsi əlaqədə olmaq cinayət tərkibi daşısa da, ağırlaşdırıcı hal kimi qiymətləndirilməməlidir: “Amma bu proses qanunda ağırlaşdırıcı hal kimi göstərilir. Axı, oğlan qıza qarşı o hərəkəti edəndə qızın pasportuna baxmayıb ki! Oğlan hardan bilsin ki, cinsi əlaqədə olduğu qızın 16 yaşı var?! Görünüşcə də, 16 yaşlı qıza oxşamadığı sübuta yetirir. Qızın öz könül xoşluğu ilə olsa belə, yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaq cinayət tərkibi daşıyır”.
“Qanun qəbul olunanda ölkənin milli dəyərləri, mentaliteti, adət-ənənələri nəzərə alınmalıdır”
M.Hacıyev Azərbaycanda nikahla bağlı qanuna yenidən baxılmasını və dəyişdirilməsini təklif edib: “Cinayət hüququ elə bir məsələdir ki, hər zaman mübahisəli mövzu olub. Nikah maddəsini ümumiyyətlə yenidən tərtib etmək lazımdır. Qızın yetkinlik dərəcəsinə, onun öz razılığının olmasına, qızın ailəsinin buna razılıq verib-verməməsinə baxmaq lazımdır. Çünki bəzən olur ki, nişanlı cütlüklərin toy mərasimi qurmasına maddi imkanları çatmır və oğlan qızı qaçırır ki, müəyyən qədər maddi xərcdən azad olsunlar. Amma bundan sonra polis məsələyə müdaxilə edir ki, oğlan qızı qaçırdığına görə adam oğurluğunda ittiham olunsun. Bunu oturub sağlam ağılla, dərrakə ilə düşünmək lazımdır. Təəssüflər olsun ki, bizdə qanunda boşluqlar çoxdur. Xüsusən də, qızqaçırma ilə bağlı öz əksini tapan qanun demək olar ki, düzgün deyil. Ona görə də qanunda bu boşluqları doldurmaq lazımdır. Qanunu yazanda elə yazmaq lazımdır ki, ona on illərlə əl dəyməyəsən. Amma bizdə belədir ki, qanun yazılandan 40 gün sonra yadlarına düşür ki, orada müəyyən boşluqlar var imiş. Qanun qəbul olunanda ölkənin milli dəyərləri, mentaliteti, adət-ənənələri nəzərə alınmalıdır. Ona görə də hesab edirəm ki, qızqaçırma ilə bağlı qanuna yenidən baxılmalı və dəyişdirilməlidir”.
“Qızqaçırma adam oğurluğu deyil”
Qeyd edək ki, bir müddət öncə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov evlənmək məqsədi ilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib. S. Novruzov bildirib ki, ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil.
“Bir var tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs bir-birini sevir, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib, bunu qanunvericilikdə fərqləndirməliyik” – deyə, o qeyd edib.
Səid Qərib
A24.az

