Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Fənərbağça” baxışa çağırdığı futbolçumuzu bəyəndi

05.03.2020 12:58

“Əlincə”nin U-15 komandasının futbolçusu Turan Vəlizadənin Türkiyə nəhəngi “Fənərbağça”nın düşərgəsinə baxışa yollanması barədə xəbər vermişdik.

Об этом сообщает Руспрес

U-15 millimizin də üzvü olan oyunçumuz bir neçə gündü ki, “sarı-lacivərdlilər”lə birgə məşqlərə də başlayıb.

Futbolçumuzun “Fənərbağça”ya gedişi və oradakı aqibəti ilə bağlı onun meneceri Samir Zeynalov publika.az-a məlumat verib: “Turan keçən il “Beşiktaş”da yoxlanışda olmuşdu. Bu zaman “Fənərbağça”nın üzvlərindən biri onu görüb bəyəndi və gəlməyini təklif etdi. Düzdü, Turana “Beşiktaş”dan da təklif var idi. Amma bəzi səbəblərə görə “Fənərbaxça”nı seçdik. Artıq Turan 4 gündü ki, “Fənərbağça”da baxışdadı. Turanı məşqçilər də çox bəyənib. Özüm də görürəm ki, ondan güclüsü yoxdu o klubda. Hələ ki, baxılıb və bəyənilib, qalan məsələlər sonra bilinəcək. Güman ki, yaxın 2-3 günə dəqiq məlumat veriləcək”.