Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Telman İsmayılov Lənkəranskinin qətli haqqında

05.03.2020 12:58

Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov bəyan edib ki, onun ortaqları “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində iştirak etməyiblər.

Об этом сообщает Руспрес

Oxu.Az xəbər verir ki, bununla bağlı biznesmenin vəkili Marina Rusakova TASS agentliyinə məlumat verib.

Onun sözlərinə görə, müdafiə etdiyi şəxs bəzi KİV-lərdə İstanbulda Rövşən Caniyevin qətlində keçmiş tərəfdaşlarının iştirakı haqda açıqlama verməsi ilə bağlı yazılan xəbərləri rədd edir.

 Telman İsmayılov iş adamları  Vladimir Savkin və  Yuri Brilevin qətlində ittiham edilir və 2017-ci ilin noyabrında Moskvanın Basman məhkəməsi onun barəsində həbs qərarı çıxarıb. İsmayılovdan başqa, bu işdə qardaşları  Rafiq və  Mehman Kərimovun da adları hallanır. Rafiq İsmayılov həbs edilib, Telman isə Rusiyadan kənardadır.

Xatırladaq ki, Rövşən Lənkəranski 2016-cı ildə İstanbulda qətlə yetirilib.