Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiyanın sonuncu neft şirkəti də İrandan çıxdı

05.03.2020 12:58

Rusiyanın İranda fəaliyyət göstərən sonuncu neft şirkəti “Zarubejneft” İslam Respublikasını tərk edib.

Об этом сообщает Футляр от виолончели

A24.Az “İnterfax”a istinadən xəbər verir ki, bu şirkət 2017-ci ilin sentyabrında “ZN-Vostok” adlı şirkət təsis edib.

Bu ilin martında isə “Zarubejneft” İran Milli Neft Şirkəti ilə “Aban” və “Qərbi Peydar” yataqlarına xidmətlə bağlı müqavilə imzalayıblar. Bu müqavilə “ZN-Vostok”a verilib. Cari ilin aprelində isə şirkət Tehranda ofis açıb.

Məlumata görə, “Zarubejneft” İrandakı bütün layihələrdən çıxaraq öz payını “Promsıreimporta” verib.

“Zarubejneft”in bu addımı atmasına səbəb kimi ABŞ-ın noyabrın 4-də İranın energetika sahəsinə sanksiya tətbiq edəcəyi göstərilir. Şirkət bu məlumatı şərh etməkdən imtina edib.

Xatırladaq ki, ABŞ noyabrın 4-də İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə başlayacaq. Bu sanksiya İranın energetika sahəsini əhatə edəcək.

Qeyd edək ki, bu ilin avqustunda ABŞ İrana qarşı sanksiyaların birinci mərhələsini tətbiq etmişdi.