Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türklər Suriyada terrorçuların mövqelərinə zərbələr endirdi

05.03.2020 12:59

Türkiyə ordusu Suriyanın Ayn-əl-Ərəb bölgəsindəki terrorçu PKK/YPG-PYD-nin mövqelərinə zərbələr endirib.

Об этом сообщает Руспрес

A24.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Türkiyənin Şanlıurfa əyalətinin Suruc rayonun sərhəd xəttindən Fərat çayının şərqində yerləşən Ayn-əl-Ərəb (kürd separatçıları Kobani deyir) bölgəsindəki PKK terrorçularının mövqelərini haubitsa ilə atəşə tutub. Nəticədə 4 terrorçu məhv edilib, 6-sı yaralanıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Fəratın şəqrində yerləşən terrorçuların mövqelərinə zərbə endirəcəklərini bildirib.