Kərimdən Təranəyə qarşı GÖZLƏNİLMƏZ HƏRƏKƏT
05.03.2020 12:59Xəbər verdiyimiz kimi ötən gün prodüser Təranə Səmədova həbs edilib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, prodüserin keçmiş həyat yoldaşı müğənni Kərim Abbasov onun həbsinə münasibət bildirib. O, keçmiş arvadı ilə düşmən olmalarına rəğmən bu xəbərə sevinmədiyini qeyd edib.
“Allah şahidim olsun ki, bu insanın tutulmağına sevinmədim. Gərək elə bir qəddar və şərəfsiz olasan ki, insanın bu halına sevinəsən. Mən o ürəyin sahibi deyiləm. Onun anasına ürəyim yandı. Yazıq onsuzda bir gün görməyib. Ömür boyu əziyyət çəkib. Allah onun anasına və balasına bağışladı ki, 1 il cəza ilə canını qurtardı. Mənə çox pisliklər edib. Məni içimə kimi yandırıb, rüsvay edib. Mənim də ahım var. Amma yenə də Allah qapısını açıq eləsin. Heç olmasa həbsxanadan çıxanda düzgün həyat tərzi sürsün. Uşağının atası uşağına sahib çıxmadı. O, həbsdən çıxana qədər mən onun ailəsinə sahib duraram. İnsanın dar günündə onu baltalamayaq”.

