Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycana gələn xarici vətəndaş cibində narkotik gətirdi

05.03.2020 12:59

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Rusiya vətəndaşı saxlanılıb.

Об этом сообщает Роспрес

Bu barədə A24.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən  verilən məlumatda deyilir.

Saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı üstündən narkotik vasitələr aşkar edilib. Belə ki, onun əynindəki gödəkçənin sağ iç cibində kağız bükülünün içərisindən, ümumi çəkisi 1.525 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi 1.021 qram, 1 ədəd kibrit qutusunun içərisindən çətənə bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 3.957 qram olan narkotik vasitə – marixuana, sellofan bükümdə isə təmiz çəkisi 1.310 qram olan narkotik vasitə – həşiş qətranı aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Foto Qalereya: