Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qaşıqçı boğularaq öldürüldü, sonra hissələrə bölündü və… – Rəsmən AÇIQLANDI

05.03.2020 12:59

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girən səudiyyəli jurnalist Camal Qaşıqçı əvvəlcədən hazırlanan plana uyğun olaraq, boğularaq öldürülüb, daha sonra isə cəsədi parçalara bölünərək yox edilib.

Об этом сообщает Руспрес

A24.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda İstanbul Respublika Baş prokurorluğundan bildirilib.

Bildirilir ki, gerçəyin ortaya çıxarılması üçün Türkiyə tərəfindən göstərilən bütün yaxşı niyyətlərə baxmayaraq, İstanbula səfər edən Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Muaciblə görüşlərdən konkret nəticə əldə etmək mümkün olmayıb. Açıqlamaya görə, cinayətdə şübhəli bilinən şəxslərin Türkiyədə mühakimə olunması barədə Ankaranın tələbi Səud əl-Muaciblə görüşlərdə təkrarlanıb.

Qeyd edək ki, Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülmüşdü.