Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Baletsevərləri növbəti xoş sürpriz – Rusiya Böyük Teatrının solistləri…

05.03.2020 12:59

Oktyabrın 27-də Rusiya Akademik Böyük Teatrının aparıcı solistləri Alina Kovalyova və Yakopo Tissinin iştirakı ilə Opera və Balet Teatrının səhnəsində baş tutan “Qu gölü” tamaşasından sonra baletsevərləri növbəti xoş sürpriz gözləyir.

Об этом сообщает Руспрес

A24.Az  xəbər verir ki, noyabrın 17-də klassik balet sənəti həvəskarları milli Opera və Balet Teatrımızda Adolf Adanin “Jizel” baletini seyr edə biləcəklər.

Balet truppamız bu dəfə də tamaşanı Rusiya Böyük Teatrının adlı-sanlı solistləri – Anna Nikulina (Jizel) və Ruslan Skvortsovun (qraf Albert) iştirakı ilə təqdim edəcəkdir. Hər iki solist balet artistlərinin beynəlxalq müsabiqələrinin qalibləri və Rusiyanın əməkdar artistləridir. Onlar Avropanın bir çox ölkələrində, habelə ABŞ və Yaponiyada uğurlu qastrol səfərlərində olmuşlar.

Tamaşada həmçinin balet truppamızın aparıcı solistlərindən Ayan Eyvazova Mirta və Timur Oduşev Hans rolunu ifa edəcəklər.

Tamaşanı Azərbaycan Respublikasının Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.