Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Seçkidən sonra müharibə başlayır – Ermənilərin dəhşətli İŞĞAL PLANI

05.03.2020 12:59

Gürcüstanda Cavaxetiya erməniləri prezident seçkilərindən sonra ölkədə vətəndaş müharibəsinin başlanması ssenarisi üzərində işləyir.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bu barədə Gürcüstanın “kavkazplus” saytı yazıb.

Sayt qeyd edir ki, erməni lobbisi Gürcüstanda seçkilər zamanı yarana biləcək qeyi-sabit vəziyyətdən istifadə etməyi planlaşdırır.

“Təsadüfi deyil ki, oktyabrın 30-da seçkilərin birinci turunun nəticələri açıqlananda “Gürcü arzusu”nun deputatı Qedevan Popxadze “Vahid milli hərəkat” partiyasının namizədi Qriqola Vaşadzenin II turda qələbə qazanacağı təqdirdə ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üzləşə biləcəyi haqqında danışdı. Məsələ ondadır ki, müxalifət və iqtidar arasında kəskin qarşıdurma yaşanır. Birinci turda baş verənlər real qarşıdurmanı göstərdi. Ən maraqlısı isə ermənilərin yaşadığı Cavaxetiyada “Vahid milli hərəkat” partiyası namizədinin seçki qərargahının əməkdaşı şübhəli şəraitdə döyüldü”, – deyə sayt qeyd edir.

Lakin diqqət çəkən məqam Cavaxetiyada döyənlər döyülənin erməni olmasıdır. Məlumata görə, kənd sakini Enzela Mkoyan oğlu və qardaşı oğlanları ilə birlikdə müxalifət namizədinin qərargahına gələrək, orada olan Aşot Raizyanı döyüb.

“Kavkazplus” yazır ki, ermənilərin bir-birinə qarşı çıxması nadir haldır: “Xüsusilə diasporda olan ermənilərin qarşıdurması görünməmiş hadisədir. Digər tərəfdən, bir erməninin digərini gürcü namizədə görə döyməsi şübhəlidir. Ehtimal var ki, bu şüurlu şəkildə həyata keçirilən təxribatdır. Məqsəd Gürcüstanda siyasi gərginliyi artırmaq və gürcü cəmiyyətinin parçalanmasını sürətləndirməkdir. Əgər II turda seçkinin nəticələri müxalifətin xeyrinə olmasa, onlar Cavaxetiyadakı hadisədən çıxış edərək, kütləvi qarşıdurmaya gedə bilərlər. İstisna deyil ki, erməni lobbisi Gürcüstanda vətəndaş müharibəsi ssenarisini həyata keçirməyi planlaşdırır. Hədəf daha da təhlükəlidir. Əgər Gürcüstanda vətəndaş qarşıdurması başlanarsa, Ermənistan ermənilərin müdafiəsi adı altında ordunu Cavaxetiyaya yeridə bilər”.