Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Acun Ilıcalı verdiyi sözü tutdu — VİDEO

05.03.2020 12:59
Acun İlıcalı Diyarbəkirdə “O Səs Türkiyə” müsabiqəsini kənd şəraitinə uyğunlaşdıran şagirdləri İstanbula gətirir.

A24.Az xəbər verir ki, kənd uşaqları ilk dəfə təyyarəyə minəcək və dənizi görəcəklər.

Об этом сообщает Футляр от виолончели

Diyarbəkirin Bağlar rayonunun Yemişalan kəndindəki uşaqlar daşlıq ərazidə toplaşaraq “O səs Türkiyə” müsabiqəsini təqlid ediblər. Görüntüləri görən Acun hərəkətə keçib və 50 şagirdlə müəllimləri İstanbula gətirir. Uşaqların ailələri ilə razılaşmadan sonra 50 şagirdin 10 müəllimin nəzarəti altında İstanbula gətirilməsinə qərar verilib. Uşaqlar bu gün İstanbula uçacaqlar və 2 gün gəzintidə olacaqlar.

7-ci sinif şagirdi Ebru Ceylan deyib: “Həyəcandan iki gündür yatmırıq. İlk dəfə təyyarəyə minəcək və dənizi görəcəyik. Bu səbəbdən çox sevinirik”.