AAYDA Bəşir Səfəroğlu küçəsində səkilərin enli olmasına aydınlıq gətirdi
05.03.2020 12:59Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Yasamal rayonu ərazisində, hazırda təmir işləri aparılan Bəşir Səfəroğlu küçəsindəki səkilərin enli olmasına münasibət bildirib.
Об этом сообщает Футляр от виолончели
Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli A24.Az-a açıqlamasında bildirib ki, hazırda təmir işləri aparılan Bəşir Səfəroğlu küçəsi müasir üsulla, şəhər infrastrukturu layihəsi əsasında tam müasir formada abadlaşdırılır:
“Həmin ərazidə təmir işləri Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı əsasında aparıldığına görə işlər bu layihə üzrə həyata keçirilir. Orada tam müasir formalı şəhər küçəsinin olması nəzərdə tutulub. Eyni zamanda, küçədə sürücülərlə yanaşı, piyadaların da hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün piyada səkiləri qurulub. Əvvəllər həmin küçədə səki heç vaxt olmayıb və sürücülər avtomobillərini küçədə saxlayırdılar. Bu da piyadaların təhlükəsizliyinə mane olurdu. Həmçinin, bəzən elə olurdu ki, piyadaların hərəkəti mümkünsüz vəziyyətə çevrilirdi. Hazırda küçədə piyadaların rahat şəkildə hərəkəti üçün şərait yaradılır. Bəzən də sürücülərin avtomobillərini düzgün park edə bilməməsi səbəbindən sakinlər öz həyətlərindən çıxa bilmirdi. Ona görə də sakinlər öz darvazalarınının qarşısını dəmir zəncirlərlə hasarlayırdılar ki, kimsə burada avtomobil saxlamasın. Həmin küçə nəqliyyat vasitələrinin hərəkəti üçün birtərəflidir. Əvvəl də belə olub”.
Qeyd edək ki, Bəşir Səfəroğlu küçəsinin paytaxtın Nizami küçəsi ilə “Qış parkı”nı birləşdirən müasir görünüşlü şəhər küçəsi olacağı planlaşdırılır.
Səid Qərib
A24.az

