Tanınmış jurnalist Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri oldu – RƏSMİ
05.03.2020 12:59Dənizkənarı Bulvar İdarəsində yeni kadr təyinatı olub.
Об этом сообщает Футляр от виолончели
Bu barədə A24.az-a Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri Elmir Bağırov məlumat verib. O bildirib ki, qurumun Mətbuat xidməti vəzifəsinə tanınmış telejurnalist Günay Yelmarqızı təyin olunub.
“İdarədə yeni yaradılan Mətbuat xidməti vəzifəsinin ilk rəhbəri Günay Yelmarqızı oldu” – deyə, E.Bağırov əlavə edib.
Qeyd edək ki, G. Yelmarqızı bundan əvvələ qədər CBC Televiziyasının Xəbərlər Redaksiyasının redaktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, bu ilin iyul ayında Prezident İlham Əliyev “Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. Fərmanla “Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi” təsdiq edilib.

