“İnsan alverçiləri təkcə şou-biznes nümayəndələri arasında deyil” – Partiya sədri
05.03.2020 12:59Xəbər verdiyimiz kimi, oktyabrın 30-da Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə prodüsser Təranə Səmədovaya hökm oxunub. Hökmə əsasən, T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. İki qadını fahişəliyə cəlb etməkdə ittiham olun Səmədova məhkəmənin iclas zalındaca həbs olunub. Bundan bir gün sonra “İntuş” ləqəbli tanınmış stilist İntizam Yusifov da yetkinlik yaşına çatmayan qadınları fahişəliyə cəlb etdiyinə görə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Həbs edilərək istintaq təcridxanasına göndərilib. Maraqlısı odur ki, insan alverində, əxlaqsızlıqda ittiham olunanlar bir zamanlar televiziya məkanlarında cəmiyyətə müəyyən məsələlərdə əxlaq dərsi keçirdilər.
Об этом сообщает Футляр от виолончели
A24.az-a fikirlərini bölüşən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib ki, cəmiyyətimiz bu cür insanlardan təmizlənməlidir. Partiya sədrinin sözlərinə görə, televiziya ekranlarını zəbt edən bu cür adamlar çoxdan həbs olunmalı idi:
“Bu mövzu ilə əlaqədar mən dəfələrlə öz fikrimi bildirmişəm. İnsan alverilə məşğul olanlar, insan alverçiləri təkcə şou-biznes nümayəndələri arasında deyil. Bu alverlə yuxarı dairələrdə məşğul olanlar da var. Əsas onların qarşısı alınmalıdır. Hüquq-mühafizə orqanları çox gözəl bilir ki, kim harda nə işlə məşğuldur. Ona görə də təhlükəsizlik orqanları bu işdə səhlənkarlığa yol verməməlidir. İndi zəmanə belədir də, kim özünü tanıtmaq və bahalı satmaq istəyirsə, televiziya rəhbərliyinə müəyyən qədər pul ödəyərək efirə çıxır və özünü bir müddət reklam edir. Reklam olunduqdan sonra isə, özünə müştəri axtarır. Bütün bunlar bizim milli mentalitetimizə ziddir. Azərbaycanlılar tarix boyu qeyrətlə, namusla yaşayan xalq olub. Amma buna baxmayaraq, görün televiziyalarda nəyi reklam edirlər. Biri çıxıb qıçını qılçasının üstünə qoyub əxlaqsızcasına özünü nümayiş etdirir. Axı, bunu görən cəmiyyət bundan nə ibrət götürsün? Görünür ki, televiziyalar bunun pulunu alır və reklamını edir. Ona görə də cəmiyyətimiz bu cür insanlardan təmizlənməlidir. Biz çox qeyrətli və namuslu millətik. Bu baxımdan da prodüsser Təranə Səmədovanın və İntuşun həbs olunmasına çox yaxşı baxıram. Onlar çoxdan tutulmalı idi, haqlı olaraq həbs olunublar. Əgər, bu, araşdırılsa, onların “krişası”nın hansı məmura çıxacağı da məlum olacaq. Hər halda, belələrinə himayədarlıq edən qüvvələr var. Hansı ki, onları xaricə göndərirlər və insan alveri ilə məşğul olmağa sövq edirlər. Çox sevindirici haldır ki, bu cür insanlar həbs edilir”.
Səid Qərib
A24.az

