Nigeriyada kənd imamı və ailə üzvləri diri-diri yandırıldı
05.03.2020 12:59Nigeriyada terrorçuların Borno əyalətinin 4 kəndinə hücumu nəticəsində 15 nəfər öldürülüb.
Об этом сообщает Футляр от виолончели
A24.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, kəndə “Boko Haram” terrorçu qruplaşmasının hücum etdiyi ehtimal olunur.
Terrorçuların sayı 200-dən çox olub və mülki sakinlərə odlu silahlardan atəş açıblar.
Abba Malumati kəndində 8, Daloridə 2 nəfər öldürülüb. Kofa kəndində isə terrorçular kəndin imamını və onun ailəsinin 4 üzvünü diri-diri yandırıblar.
Hücum zamanı kəndin sakinləri çay istiqamətində qaçıb. Onların bəzilərinin suda boğulduqları ehtimal olunur.
Hüquq-mühafizə orqanları ölənlər və yaralananlar barədə hələ ki rəsmi açıqlama verməyib.

