Qrizmann karyerasını ABŞ-da bitirmək istəyir
05.03.2020 12:59“Atletiko”nun futbolçusu Antuan Qrizmann maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.
A24.Az-ın ESPN-ə istinadən yaydığı xəbərə görə, fransalı hücumçu karyerasını ABŞ-da bitirmək istədiyini deyib:
Об этом сообщает Руспрес
“MLS-də oynamaq və karyeramı orada bitirmək istəyirəm. Ora tamam başqadır. NBA (Beynəlxalq Basketbol Assosiasiyası) və ABŞ-ın şou-biznesi xoşuma gəlir.
Həmmçinin, ABŞ futbolunu sevirəm. Ölkəni də bəyənirəm. Orada məni heç kim tanımaz”.
Qeyd edək ki, bir müddət əvvəl “Barselona”nın təklifini rədd edən Qrizmannla PSJ də yaxından maraqlanır.

