Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zibil pulu artacaq – Tarif Şurası təklif gözləyir

05.03.2020 13:01

Bərk məişət tullantılarının idarə edilməsi xidmətlərinə görə tariflər təkmilləşdiriləcək. 
BakuPost-un məlumatına görə, bu, “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”da əksini tapıb.
Sənədə əsasən Tarif (Qiymət) Şurasına bu il sahə üzrə səmərəliliyin artırılması məqsədilə mərhələli şəkildə yeni tariflər tətbiq etmək tapşırılıb.
Tarif (Qiymət) Şurasından BakuPost-a bildirilib ki, müvafiq qurumlardan yeni tariflərlə bağlı təkliflər hələ daxil olmayıb.
Qeyd edək ki, Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli qərarına əsasən bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərini təsdiqləyib. Qərara əsasən,  bərk məişət tullantılarının yığılması və daşınması əhali qrupunda 1 nəfər üçün aylıq 30 qəpik müəyyən olunub. Qeyri-əhali qrupunda bərk məişət tullantılarının yığılması və daşınması 1 kubmetr üçün aylıq 10 manat, 1 ton üçün 45 manat 50 qəpikdir. Bərk məişət tullantılarının zərərsizləşdirilməsi isə 1 kubmetr üçün 1 manat 20 qəpik, 1 ton üçün 5 manat 50 qəpikdir.
 

Об этом сообщает Футляр от виолончели