Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Meyvə-tərəvəz adları ilə əldə edilən sürücülük vəsiqəsi

05.03.2020 13:01

A24.az saytı ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanda yaşayan soydaşlarımız Avtosfer.az saytına məlumat veriblər.

Об этом сообщает Роспрес

Bildirilir ki, yeni yol işarələrinin adlarını və nə olduğunu bilməyənlər sualın 4 cavabı üzrə qısa müddətdə hazırlıq keçib vəsiqəni əldə edə bilirlər.

Bunun üçün isə xüsusi müəllimlər var və onlar sürücülük vəsiqəsi almaq istəyənləri bir neçə gün ərzində hazırlaşdırıb imtahana göndərir. Yəni, vəsiqə saxta yolla alınmır. Sadəcə, çox asan üsulla vəsiqə əldə etmək mümkündür.

Maraqlısı budur ki, müəllimlər vəsiqə almaq istəyənləri hazırlaşdırarkən meyvə-tərəvəz adlarından istifadə etməklə sualın şifrəli cavabını öyrədir: “Sualların 4 cavab variantı olur. Onların düzgün olan variantını baş hərflərə uyğun, meyvə-tərəvəz adlarından isdifadə etməklə uşaqlara öyrədirlər. Onlar da bir həftəyə sürücülük vəsiqəsi alıb Azərbaycana maşın sürməyə gedirlər”.

Soydaşlarımız bildirirlər ki, müəllimlərin hazırlıq kursu təxminən 4 gün çəkir. Bütün proses şifrəli sual-cavab sistemi ilə həyata keçirilir: “Son vaxtlar Azərbaycandan Gürcüstana axın başlayıb. Hamı sürücülük vəsiqəsi almağa gəlir. Çünki Gürcüstanda alınan vəsiqələri bütün dünya qəbul edir”.