Təranə: “Hörmətsizlik etdi, ayrıldım”
05.03.2020 13:01Prodüser Təranə Səmədova bir müddətdir çalışdığı müğənni Borisdən ayrılıb.
“A24.az” Axşam.az-a istinadən bildirir ki, prodüser açıqlamasında işbirliklərinə son qoymasının səbəbindən danışıb:
Об этом сообщает Руспрес
“Mənə qarşı hörmətsizlik etdi. Mən də çalışmaq istəmədim. Əsəblərim tab gətirmir. Əvvəlki yaşda deyiləm, bəzi şeyləri keçə bilmirəm. Nələrəsə göz yuma bilərəm, amma hörmətsizliyə heç vaxt. Bu yaxınlarda yeni klip çəkdirdik. Bunu Borisə hədiyyə etdim. Özünə də dedim ki, bu günə qədər nə etdimsə, halal xoşun olsun. Amma bundan sonra yoxam. Mən ona təmənnasız kömək etmişəm”.

