Abdullah Gülün cangüdəni PKK-çılar tərəfindən öldürüldü
05.03.2020 13:01Türkiyənin İqdır vilayətinin Naxçıvanla sərhəd Dilucu sərhəd nəzarət məntəqəsində PKK terrorçularının təşkil etdiyi terror olayında sabiq prezident Abdullah Gülün əsas cangüdəni Fəhmi Şahin də həlak olub.
Об этом сообщает Роспрес
“a24.az” Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gülün köməkçisi Osman Canqal məlumat verib. Onun sözlərinə görə, Fəhmi Şahin 2 il öncə ölkənin şərqinə ezam olunmuşdu: “10 ildən çox birlikdə çalışdıq. Ən gizli yerlərdə, ən gizli vəzifələrdə sirrimizi paylaşdıq. Canımız, ciyərimiz idi. Qrupumuzdakı ən qiymətli yoldaşlardan biri idi. Tez-tez görüşürdük. Sonuncu dəfə 2 gün əvvəl telefonda danışmışdıq”. Xatırladaq ki, Fəhmi Şahin sabiq baş nazir Bülənt Əcəvitin də əsas cangüdəni olub.

