Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Abel Məhərrəmovun yerinə real namizəddir”

05.03.2020 13:01

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib. Abel Məhərrəmovun işdən çıxarılması böyük səs-küyə səbəb olub. Hazırda onun yerinə kimin təyin ediləcəyi ilə bağlı müzakirələr aparılır.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, bununla bağlı big.az -a açıqlama verən təhsil ekperti Kamran Əsədov bildirib ki, yaxın günlərdə BDU – ya təyinat olacaq: “Mən Bakı Dövlət Universitetinin rektor vəzifəsinə real namizəd kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanı düşünürəm. Ona görə ki, Nərgiz xanım akademikdir, uzun müddət BDU -da prorektor kimi çalışıb, hazırda BDU – da kafedra müdiridir. Eyni zamanda Nərgiz Paşayevanın rəhbəri olduğu Moskva Dövlət Universitetinin Bakı filialı kifayət qədər böyük işlər görüb, müsbət imic formalaşdırıb. İkinci namizəd kimi Azərbaycan Universitetinin eks rektoru, gənc Fərid Əhmədovu düşünürəm. Çünki o da rektor kimi kifayət qədər müsbət imic formalaşdırıb. 3-cü namizəd kimi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu düşünürəm. Elmar Qasımova BDU yad deyil. Eyni zamanda Elmar müəllim BANM-a rəhbərliyi dövründə yeni yaradılan ali təhsil müəssisəsini qısa müddətdə ölkənin ən yaxşı universitetinə çevirə bilib, onun beynəlxalq imicini formalaşdıra bilib. Mən daha çox bu namizədlərin üzərində dayanıram”.

Kamran Əsədov BDU-nun eks rektoru Abel Məhərrəmovun fəaliyyətindən də bəhs edib: