Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Abituriyentlərin nəzərinə: Yeni ixtisas yaradıldı

05.03.2020 13:01

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.

Об этом сообщает Футляр от виолончели

A24.Az-ın məlumatına görə, dəyişikliyə əsasən bakalavriat səviyyəsi üzrə yeni sərhəd təhlükəsizliyi və idarəetmə ixtisası yaradılıb.

Nazirlər Kabineti Təhsil Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin təklifini nəzərə alaraq belə bir qərar qəbul edib.

Bununla da “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda bakalavriat səviyyəsi üzrə ixtisasların sayı 9-ə çatıb. İndiyə qədər bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısına silah və silah sistemlərinin istehsal texnologiyası, optotexnika, pirotexniki vasitələrin texnologiyası, çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri, kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı, informasiya təhlükəsizliyi, xüsusi təyinatlı texnika və sistemlər və informasiya-təhlil fəaliyyəti ixtisasları daxil olub.