ABŞ-da Obama Bulvarı yaradılacaq
05.03.2020 13:01Los-Ancelesin Şəhər Şurası (Kaliforniya ştatı) küçələrdən birinin ABŞ-ın 44-cü prezidenti Barak Obamanın şərəfinə adlandırmaq qərarına gəlib.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, bunu şəhərin meri Erik Qarçetti “Twitter” sosial şəbəkəsində yazıb.
Qarçetti qeyd edir ki, Şura Rodeo yolunun Obama Bulvarı adlandırılması üçün səs verib: “Biz şadıq ki, bu Los-Anceles sakinlərinə onlar şəhərdə səyahət edərkən prezident Barak Obamanın irsi haqqında bir xatirə olacaq”.
Qeyd edək ki, Rodeo yolu Los-Ancelesin cənub-qərb hissəsində yerləşir və onun uzunluğu 5,5 kilometr təşkil edir.

