ABŞ-da təyyarə qəzası: ölənlər var
05.03.2020 13:01ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Об этом сообщает Роспрес
A24.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Missuri ştatında, Sent Luis şəhəri yaxınlığındakı aeroportda baş verib.
Hadisə nəticəsində iki nəfər – ata və oğlu həlak olub. Məlumata görə, qəzaya pilotun qaranlıqda enmə xəttini tapa bilməməsi səbəb olub. Polis şerifinin sözlərinə görə, təyyarə Nyu-Yorkdan qayıdırmış.
Pilot yerə xəbər verib ki, o, texniki nasazlıq üzündən işığı uçuş-enmə zolağına sala bilmir.

