ABŞ daha bir ölkəni təhdid etdi: Bu dəfə hədəfdə …
05.03.2020 13:01Dünyada bir çox ölkəyə sanksiya tətbiq etmək qərarı alan və gömrük tariflərinə qarşı siyasətləri ticarət müharibəsi həddinə çatdıran Donald Tramp rəhbərliyindən daha bir təhdid də Böyük Britaniyaya edilib.
Об этом сообщает Руспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Böyük Britaniyadakı səfiri Woody Conson Britaniyanın İrana qarşı sanksiyaları dəstəkləməsi lazım olduğunu söyləyib. Conson əks bir vəziyyətin “ciddi nəticələri” olacağını bildirib. “Telegraph”a məsələ ilə bağlı yazı yazan Conson “Prezident açıq şəkildə bildirmişdi. İrandakı kommersiya maraqlarını, qlobal faydanın qarşıya qoyacaq olanlar, ABŞ ilə apardığı ticarətdə ciddi nəticələrə dözmə riskini alacaqlar”, – deyə bildirib. Ötən həftə Böyük Britaniyanın Yaxın Şərq əlaqələrindən məsul naziri Alistair Burt, İranla razılaşdırılan müqaviləni müdafiə etmiş və “Nüvə müqaviləsini bölgə təhlükəsizliyinin mühüm tərkib hissəsi kimi baxdığımız məsələsini dəqiqləşdirmişdik. Həqiqətən əhəmiyyətli olduğunu düşünürük və bir çox tərəfdaşımızın qəbul etdiyi sazişə sadiqik”.
Nüvə müqaviləsi tərəflərindən biri olan Almaniyanın İqtisadiyyat Naziri Altmaier də dünən verdiyi bəyanatda “Digər ölkələrlə ticarət əlaqələri məsələsində Vaşinqtonun diktə etməsinə icazə vermərik”, – deyə bildirib.
Orxan Aslanlı // A24.Az

