ABŞ-dan Türkiyəyə qarşı NÖVBƏTİ HƏMLƏ – Gizli şəkildə…
05.03.2020 13:01ABŞ PKK terror təşkilatının Suriya qolu olan YPG-yə dəstəyini davam etdirir.
Об этом сообщает Руспрес
A24.Az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, İŞİD-lə mübarizəni bəhanə edən ABŞ əsas gücü YPG-dən ibarət olan “Suriya Demokratik Güçləri”nə daha 300 TIR silah-sursat və zirehli texnika göndərib.
YPG-yə silah-sursat və zirehli texnikanın çatdırılması Türkiyədən gizli şəkildə həyata keçirilib.
Qeyd edək ki, İŞİD-lə mübarizə çərçivəsində DSG-yə ABŞ tərəfindən bu günə kimi 6 min 700 TIR silah-sursat və zirehli texnika göndərib. Türkiyə yardımların dərhal dayandırılmasını tələb edir.
Xatırladaq ki, daha əvvəl “Yeni Şəfəq” nəşrinin yazdığına görə, ABŞ-ın Şimali İraqdakı Süleymaniyyə hava limanı üzərindən PKK-nın əsas qərargahının yerləşdiyi Qəndilə tibbi ləvazimatlar, dərmanlar və silah göndərdiyi ortaya çıxıb.
Məlumata görə, nəqliyyat təyarəsi ilə əvvəl Ərbilə göndərilən yüklər daha sonra terror təşkilatı üçün paylanılıb. Qeyd edilir ki, tibbi ləvazimatlar, dərmanlar və silahların bir hissəsi Ərbil üzərindən Suriyanın şimalındakı qanadına göndərilib.

