ABŞ Əsədə bir daha xəbərdarlıq etdi: “3-cü dəfə kimyəvi silahdan istifadə edilərsə…”
05.03.2020 13:01ABŞ-ın Əsədə qarşı xəbərdarlıqları davam etməkdədir.
Об этом сообщает Роспрес
Saytımız “timeturk.com”a istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton kimyəvi silahlardan istifadə edən Bəşər Əsədə sərt xəbərdarlıq edib.
Con Bolton “əgər 3-cü dəfə kimyəvi silahdan istifadə edilərsə, cavabımızın çox güclü olacağını bildirmək istəyirik. İkinci hücumda birlikdə hərəkət etdiyimiz İngiltərə və Fransa ilə məsləhətləşdik. Onlar da kimyəvi silahdan istifadə edildiyi halda bunun güclü bir cavabla nəticələnəcəyini düşünürlər” ifadələrini işlədib.
Qeyd edək ki, ABŞ 2017-ci ilin aprel ayında Han Şeyhun qəsəbəsinə edilən kimyəvi hücumdan sonra rejimə məxsus hədəfləri vurmuşdu. ABŞ-ın rejim qüvvələrinə qarşı ikinci hücumu isə bu ilin yenə aprel ayında Şərqi Qutada kimyəvi silahdan istifadəyə dair görüntülərin ortaya çıxmasından sonra etmişdi.
Firuzə Alimova / A24.az

