ABŞ-ın elektromobil istehsalçısı Avropada zavod tikəcək
05.03.2020 13:02ABŞ-ın elektromobil istehsalçısı “Tesla“ Avropada müəssisə inşa etmək üçün danışıqlar aparır.
Об этом сообщает Роспрес
A24.Az-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Danışıqlar Almaniyanın iki əyalətinin və Niderlandın hökumətləri ilə gedir. Şirkət həm elektromobil, həm də onlar üçün akkumulyatorları eyni müəssisədə istehsal etməyi planlaşdırır.
Xatırladaq ki, yaradıldığı 2003-cü ildən bəri “Tesla” sürətlə inkişaf edir. Lakin bununla yanaşı, şirkət zərərlə işləyir və kadr itkisinə məruz qalır. Elektromobillərin iştirakı ilə baş verən qəzalar da əlavə problemdir.

