ABŞ indi də Hindistanı sanksiyalarla hədələyir
05.03.2020 13:02ABŞ Hindistanın Rusiyadan “S-400” zenit-raket kompleksləri də daxil olmaqla, silah almaq planlarından narahat olaraq, bu ölkəyə qarşı sanksiya tətbiq etməyi nəzərdən keçirir.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, Birləşmiş Ştatların müdafiə nazirinin Asiya – Sakit okean regionu işləri üzrə köməkçisi Rendall Şriverin sözlərinə görə, Hindistanın planlarının sanksiyaların köməkliyi ilə Amerikanın düşmənlərinə qarşı mübarizə Aktının təsiri altına düşmə ehtimalı var.
“Bu barədə qərarı ABŞ prezidenti verəcək”, – deyə o bildirib.
Şriver əlavə edib ki, ABŞ Rusiya və Hindistan arasında hərbi əlaqələri tanıyır, lakin Vaşinqtonu onlar üçün daha perspektivli tərəfdaş hesab edir.

