ABŞ Mənbicdə yeni hərbi baza açdı
05.03.2020 13:02Suriyada terror təşkilatı YPG ilə bir olan ABŞ ordusunun terrorçulara qol-qanaq olmaq üçün yeni hərbi baza qurduğu ortaya çıxıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız türk mediasına istinadən xəbər verir ki, ABŞ PKK-lılarla olan müttəfiqliklərindən əl çəkməyiblər.
“Reuters” tərəfindən yayımlanan görüntülərdə Mənbicdə yeni ABŞ hərbi bazasının 3 ay bundan əvvəl qurulduğu bildirilib. Görüntülərdə digərləri ilə oxşar özəlliklərə sahib olduğu gözlənilən terror bazasında ABŞ bayraqları sancılıb.
Qeyd edək ki, Türkiyən xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ xarici işlər naziri Mike Pompeo ilə görüşərkən zamanı iki ölkənin Mənbic mövzusunda yol xəritəsini dəqiqləşdirəcəkləri gözlənilir.
Türkiyə “Zeytun budağı” əməliyyatından sonra yeni hədəfinin Suriyadakı terrorçuların məskəni olan Mənbici əsas göstərmişdi. ABŞ-ın əsgərlərinin yerləşdirildiyi mənbic Vaşinqton tərəfindən terrorçuların qorunduğu yer olaraq bilinir.

