ABŞ müdafiə naziri: “Türkiyənin “F-35″ proqramından çıxarılmasına qarşıyam!”
05.03.2020 13:02ABŞ Müdafiə Naziri Cim Mattis Türkiyənin “F-35” proqramından çıxarılması təklifinə qarşı olduğunu bildirib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, o müdafiə büdcəsinə dair Konqresə göndərdiyi məktubda bu barədə qeyd edib.
“Anadolu” agentliyinin əldə etdiyi 7 iyul tarixli məktubda Mattis Milli Müdafiə Səlahiyyət Qanun Layihəsi kimi tanınan müdafiə büdcəsinə dair narahatlığını bildirib.
Senat və Nümayəndələr Məclisi Xarici Əlaqələr Komitələrinə göndərdiyi məktubda madafiə naziri “Bu mərhələdə Türkiyənin “F-35″ proqramından çıxarılmasına qarşıyam”, – qeyd edib.
O, Türkiyənin proqramdan çıxarılması təşəbbüsünün “F-35” təyyarənin beynəlxalq tədarük zəncirini pozacağı barədə xəbərdarlıq edib.

