ABŞ “Volkswagen”i İranın əleyhinə olmağa razı saldı
05.03.2020 13:02Alman avtomobil brendi olan “Volkswagen” markası ABŞ-ın Tehrana tətbiq etdiyi birtərəfli sanksiyalar səbəbindən İrandakı fəaliyyətlərinin böyük bir hissəsini dayandıracaq.
Об этом сообщает Роспрес
A24.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, İrana birtərəfli sanksiyalar tətbiq edən ABŞ rəhbərliyi Alman şirkətini sanksiyalara qoşulmağa razı edib.
ABŞ-ın Berlindəki səfiri Riçard Grenell “Volkswagen”in İrana qarşı sanksiyalara qoşulmağa razı salmaq üçün şirkət rəsmiləri ilə uzunmüddətli danışıqlar apardığını bildirib.
O həmçinin “Volkswagen, İran sanksiyalarına əməl olunacağını deyib. Bu qərardan məmnunluq duyuruq. İran, iqtisadi resurslarını xalqına çatdırmaq əvəzinə qlobal qeyri-sabitlik və şiddəti yaymağa istiqamətləndirir”, – deyə bildirib.
“Volkswagen” şirkətindən məsələ ilə bağlı bir açıqlama verilməyib. ABŞ-ın 7 Avqustda İrana qarşı ilk sanksiya paketi ölkədəki ən böyük məşğulluq sahələrindən avtomobil sektorunu də hədəf alır.
Orxan Aslanlı / A24.az

