Abşeronda kütləvi dava: 1 nəfər bıçaqlandı
05.03.2020 13:02Abşeron rayonunda kütləvi dava zamanı bir nəfər bıçaqlanıb.
Об этом сообщает Роспрес
A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.
Belə ki, 2000-ci il təvəllüdlü Mustafayev Rahim Şahin oğlu qəsəbə ərazisində fəaliyyət göstərən “Pəhləvanlar” obyektində kütləvi dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırlıb və əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

