Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

ADEX-2018: Yeni yaradılmış bomba konteyneri sərgilənəcək

05.03.2020 13:02

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən yeni növ aviasiya bombası yaradılıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az-ın “AzeriDefence”a istinadla məlumatına görə, bomba konteyneri ADEX-2018 sərgisində nümayiş etdiriləcək.

“Xalça bombardman”ı üçün nəzərdə tutulan bomba konteyneri vasitəsi ilə “Su-25” təyyarəsinin hər asqı sistemində 1 əvəzinə ən azı 4 ədəd 7 kq-lıq təlim, 25 kq-lıq və ya 50 kq-lıq döyüş bombasını daşımaq mümkündür. Bu da  “Su-25” tipli təyyarəyə bir uçuşda 32-yə qədər 25 və 50 kq-lıq bombalar götürmək imkanı verir.

Konteyner həmçinin helikopterlərdə istifadə edilə bilir.

ADEX-2018 sərgisində 25 kq-lıq döyüş elementləri olan bomba konteynerinin nümunəsi təqdim ediləcək.

Qeyd edək ki, sərgidə MSN Elmi-Tədqiqat İnstitutu tərəfindən yaradılmış müxtəlif növ aviasiya bombaları və digər məhsullar da nümayiş etdiriləcək.