Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Adnan Oktar ilk ifadəsini verdi – Villasından 3 minlik yastıq çıxdı

05.03.2020 13:02

Türkiyədə həbs olunan Adnan Oktar ilk ifadəsini verib.

Об этом сообщает Футляр от виолончели

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, ifadəsində Adnan Oktar haqqında irəli sürülən cinayət faktlarını qəbul etməyib.

Adnan Oktar “ləqəbdən istifadə edirəm, amma kod adım yoxdur. Türk polisinə qarşı iddia edildiyi kimi elə bir düşüncəmin olmadığını bəyan etmək istəyirəm.  Barəmdə şikayət edənlər mənə tələ qurublar. Ölkə xaricindəki görüşlərim Türkiyə əleyhinə deyil, Türkiyə lehinədir.

Azyaşlı qızları evinə alaraq cinsi təcavüz etdiyimə dair irəli sürülən iddiaları qəbul etmirəm. Mən qanuna, hüquqa uyğun yaşayan bir insanam.  İddialar çirkindir və qəbul etmirəm. Getdiyim məkanlar bəllidir. Gizli, sirli təşkilat lideri deyiləm.

Qız uşaqlarının ailələrinə 50 min TL verərək onları aldığıma dair iddialar var. Halbuki mən həyatımın hər anında diqqətli olduğum kimi, qız uşaşqları mövzusunda da son dərəcə diqqətli olaraq münasibət quran bir insanam. Həmin mövzuyla bağlı azyaşlı qız uşağı anasıyla birlikdə gəlmişdi. Ancaq evə qoymadım, bağçada görüşdük və yola saldım getdilər. Bu iftiraları qəbul etmirəm. Atatürkçü, millətçi bir insanam” deyərək sərbəst buraxılmasını tələb edib.

Aylıq gəlirinin 3500 lirə olduğunu deyən Adnan Oktar “kedicik”ləriylə birlikdə dəbdəbəli həyat yaşayıb. Lakin polislərin evində apardığı axtarış zamanı bahalı əşyalar da diqqət çəkib. Belə ki, Adnan Oktarın qaldığı lüks villasında qiyməti 3 min lirə olan “Fendi” markalı yastıqlar aşkarlanıb.