Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Adnan Oktarın evindən və depodan çıxanlar polisləri ŞOKA saldı

05.03.2020 13:02

Cinayətkar qruplaşmanın başçısı Adnan Oktarın Çengelköydəki evində aparılan axtarış zamanı ələ keçirilən əl yazmalı Tövrat görənləri təəccübləndirib.

Об этом сообщает Руспрес

Saytımız türk mediasına istinadən xəbər verir ki, sadəcə sinaqoqlarda olan bu kitabın çox vacib bir əsər olduğu bildirilib. Polis isə belə bir dəyərli Tövratın Adnan Oktar qruplaşmasının əlinə necə keçdiyini araşdırır.

Belə ki Mali polisi Çengelköydə yerləşən evdə və Ümraniyədə olan depoda maşın dolu tarixi əsərlər aşkarlayıb.

“Habertürk”ün verdiyi məlumata görə, Adnan Oktar qruplaşmasından ələ keçirilən tarixi əsərlər araşdırılması üçün Ayasofya Muzeyi Müdirliyinə və Türk İslam Əsərləri Muzeyi Müdirliyinə göndərilib.

Həmçinin ələ keçirilən əl yazmalı Tövratın ancaq və ancaq sinaqoqlarda olduğu və çox vacib, tarixi bir əsər olduğu müəyyən edilib. Lakin bu əsərin Adnan Oktarın əlinə necə keçdiyi sual doğurur. Polis bu məsələnin araşdırılması üçün istintaqa başlayıb.