Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

ADU-da qalmaqal böyüyür: “İttihamçının ali təhsili yoxdur, masaj kurslarını bitirib”

05.03.2020 13:02

Azərbaycan Dillər Universiteti kadrlar şöbəsinin baş mütəxəssis vəzifəsində işləmiş Elmira Baxşəliyevanın ittihamlarına cavab verib.

Об этом сообщает Роспрес

Universitetin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli A24.Az-a açıqlamasında bildirib ki, iş məhkəmədədir.

“İttihamçıya kadrlar şöbəsindən başqa şöbəyə keçmək təklifi edilib. Hətta bu barədə əmr də verilib və o, ADU-nun Həmkarlar Komitəsinə keçirilib. Bunun da öz səbəbləri var. İş bölgüsündə laborantların şəxsi işləri ilə məşğul olan ittihamçı illər ərzində bu sənədlərin yarıtmaz halda qalmasına səbəb olub, müqavilələrin doldurulmasını və iş şəraitinə uyğunlaşdırılmasını təmin etməyib. Bunu asanlıqla sübut etmək olar – laborantların müqavilə və şəxsi işləri göz önündədir. İkincisi, ittihamçının heç bir ali təhsili yoxdur. O, texnikum belə bitirməyib. Sadəcə nə zamansa masaj kurslarını bitirib.  Özünü iddialı aparmasının nəticəsində 72 ədəd iş müqaviləsini Kadrlar şöbəsindən evinə aparıb, yalnız iki gün sonra gətirib qaytarıb. Həmçinin, onlarla ADU işçisi ittihamçının özünü aparmasından, ətrafdakılara münasibətindən narazı və şikayətçidir. Laborantların bir neçəsi bir il ərzində üç dəfə ödənişli məzuniyyətə göndərilib.

Qeyd edək ki, kadrlar şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışan Elmira Baxşəliyeva özünün qanunsuz işdən çıxarılması ilə bağlı məlumat yazıb. O, bu və digər məsələlərdə universitetin rektorunu ittiham edib.