Aeroport yolunda maşın piyadanı vuraraq öldürdü – Ardınca iki avtomobilə çırpıladı
05.03.2020 13:02Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Руспрес
A24.Az “Report”a istinadən xəbər verir ki, sürət həddi 120 km/saat olan aeroport yolunda hələlik şəxsiyyəti məlum olmayan təxminən 60-65 yaşlı kişi piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu “Jeep” markalı avtomobil vurub.
Piyada hadisə yerində ölüb. Hadisəni törədən sürücü idarəetməni itirdiyindən yolda hərəkətdə olan iki “Mercedes” markalı avtomobilə çırpılıb. Nəticədə “Jeep” deformasiyaya uğrayıb. Hadisəni törədən sürücü xəsarət alıb. Təcili tibbi yardım xidməti sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərib.
Baş verən qəza ilə bağlı əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı cinayət işi başlanılıb.

