Ağdamda toya gələn qonaq bıçaqlandı
05.03.2020 13:03Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib.
Об этом сообщает Руспрес
A24.Az-ın məlumatına görə, hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb.
Yerli sakin Teymur Qurbanov yaxın qohumunun toy məclisində iştirak edən zaman naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hadisə şahidlərinin sözlərinə görə, biçaqlanma zərərçəkənin toya daxil olmasından bir neçə saat sonra baş verib. Hələlik kim olduğu bilinməyən sərxoş səxs T.Qurbanova qəflətən iki bıçaq zərbasi vuraraq hadisə yerindən qaçıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Yaralı ətrafdakı insanların köməkliyi ilə əvvəlcə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, sonra isə
Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Həkimlər T.Qurbanovun vəziyyətini orta-ağır qiymətləndirirlər.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

