Ağdaşda yeniyetməni elektrik cərəyanı vuraraq öldürdü
05.03.2020 13:03Ağdaşda 17 yaşlı yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb.
Об этом сообщает Футляр от виолончели
A24.Az Trend-ə istinadən xəbər verir ki, Ağdaş rayon Hüşün kənd sakini 2001-ci il təvəllüdlü Məmmədov İspəndiyar Vüqar oğlu avqustun 19-da saat 21:00 radələrində kəndin ərazisindən keçən 10 kilovatlıq elektrik cərəyanı xəttinin qırılıb sallanmış naqilinə toxunarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

