Ağstafada maskalı şəxslər avtomatla evə hücum etdi – ev sahibi isə onlardan birini…
05.03.2020 13:03Ağstafada iki nəfər maskalı şəxs rayon sakini Əmirxan Mustafayevin evinə hücum edib.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, ev sahibini avtomat silahla hədələyən şəxslər havaya atəş açaraq ondan pul tələb ediblər.
Ə.Mustafayev maskalı şəxslərlə əlbəyaxa olub, nəticədə onlardan birini tutub və polisə təhvil verib.
Digər şəxs isə hadisə yerindən qaçıb.
Araşdırma zamanı ev sahibinin zərərsizləşdirdiyi şəxsin 1962-ci il təvəllüdlü Ceyhun Novruzov olduğu məlum olub.
Qaçan digər maskalı şəxsin axtarışları davam etdirilir.

