Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ağzımızda gəzdirdiyimiz implant dişlərin tərkibi niyə gizlin saxlanır? – Meyit dişi, fil sümüyü, yoxsa…

05.03.2020 13:03

Bu gün Azərbaycanda hər 4 adamdan birinin ağzında süni diş var. Stamotologiyanın inkişafı ölkədə istənilən yaş həddində olan insanları dişlə təmin edir. Lakin süni dişlərin mənşəyilə bağlı müəmma hələ də qalmaqdadır. İnsanlar arasında bu dişlərin materialı ilə bağlı müxtəlif şayələr dolaşmaqdadır. Bəziləri bu dişlərin dünyasını dəyişən insanların dişindən hazırlandığını, bəziləri fil sümüyündən istehsal olunduğunu deyir.

Об этом сообщает Роспрес

A24.Az implant və digər süni dişlərin tərkibini araşdırıb.

Süni dişlər və onların istehsal olunduğu materiallar ölkəmizə xaricdən idxal olunur. Bu materialların ixracında ilk sırada duran ölkə Almaniyadır. Protez və bəzi taxma dişlər hazır formada idxal olunursa, əksər implant və digər süni dişlər ölkəyə xammal şəklində gəlir. Həmin xammal isə diş texnikləri tərəfindən sifarişə uyğun ölçüdə hazırlanır.

Diş texniki Dilsuz Xudiyev A24.Az-a bildirib ki, süni dişlər istifadə formasından asıllı olaraq bir neçə tərkibdə istehsal olunur:

“Protezlər çıxan və çıxmayan konstruksiyalar bölünür. Çıxmayan protezlər adətən keramik tərkibli materiallardan hazırlanır. Bununla yanaşı zirkon, plastmas və metal tərkibli dişlər də var”.

Texnik bildirir ki, xaricdən gələn materiallar adından göründüyü kimi keramik tərkiblidir: “Lakin onların tərkibinin detalları dəqiqliklə açıqlanmır, sirr kimi saxlanır. Gələn xammalın üzərində qatqıların tərkibi göstərilmir”.

Dilsuz Xudiyev onu da qeyd etdi ki, süni dişlərin insan orqanizmə mənfi təsiri yoxdur. Bu zamanla da sınaqdan çıxıb.