Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Almaniya: Türkiyəyə yardım gündəmimizdə deyil

05.03.2020 13:04

Alman koalisiya hökuməti birgə Sosial Demokrat Partiyasının (SPD) rəhbəri Andrea Nahlesin hökuməti Türkiyəyə maliyyə yardımı göstərməsi təklifinə hökumət sözçüsü Steffen Seibert cavab verib.

Об этом сообщает Руспрес

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Alman hökuməti sözçüsü Steffen Seibert, Türkiyəyə Almaniya tərəfindən yardım edilməsinin hazırda gündəmdə olmadığını deyib. Deutsche Welle Türkcənin xəbərinə görə, Seibert bununla yanaşı Alman hökumətinin prinsipial olaraq iqtisadi baxımdan sabit Türkiyə tərəfdarı olduğunu bildirib. Keçən həftə Almaniya Baş Naziri Angela Merkel ilə Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan arasındakı telefon görüşməsinə diqqət çəkən Seibert, telefon görüşündə Ərdoğanın sentyabr ayının sonunda Almaniyaya reallaşdıracağı səfər əvvəli sentyabrın 21-də hər iki ölkənin maliyə və iqtisadiyyat nazirlərinin hazırlıq məqsədilə görüşəcəklərini qeyd edib. Almaniyadakı Türkiyəyə yardım mübahisələri ilə bağlı Keçmiş Yaşıllar Partiyasının sədri Cem Özdəmir də bəyanat verib. Türkiyəyə qeyd-şərtsiz maliyyə yardıma qarşı olduğunu deyən Özdəmir, Türkiyənin dağılmasına yol vermək fikirində olmadığını, ancaq Türkiyəyə Beynəlxalq Valyuta Fondunun (BVF) yardım etməsi lazım olduğunu qeyd edib.

Orxan Aslanlı // A24.Az