Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Almaniyada 300 minə qədər insan axtarışdadır

05.03.2020 13:04

Almaniyada 300 minə qədər insan axtarışdadır.

Об этом сообщает Руспрес

APA-nın “Welt am Sonntag” nəşrinə istinadən verdiyi məlumata görə, axtarışda olanlardan 129 min nəfəri ölkəni tərk etməli olan əcnəbilərdir.

Almaniya Daxili İşlər Nazirliyi hesab edir ki, həmin əcnəbilərin bir hissəsi məlumat vermədən artıq ölkəni tərk etmiş ola bilər.

“Welt am Sonntag” nəşri yazır ki, ölkədə siyasi motivlərlə cinayətlərin də sayı artıb. Bu motivlərlə axtarışda olanların sayı 2017-ci illə müqayisədə 2 dəfədən çox artaraq 4411 nəfərə çatıb. 3100-dən çox order “dini ideologiya” kateqoriyasında cinayətlərlə bağlı axtarışlarla əlaqədar verilib.